Rusiyada tornado gözlənilir
Rusiyalı sinoptik Moskva ətrafı və bir sıra regionlarda təhlükəli hava şəraitinin yarana biləcəyi barədə xəbərdarlıq edib.
BAKU.WS xəbər verir ki, Yevgeni Tişkovets bildirib ki, Moskva vilayətinin şimalı, Tver vilayətinin cənub-şərqi, Yaroslavl vilayətinin qərbi və Voloqda bölgəsində tornado ola bilər.
Məlumata görə, 22 may tarixində Moskva şəhərində hər kvadrat metrə 10–15 litr yağış düşəcəyi, bəzi ərazilərdə isə diametri 3–5 mm olan dolu müşahidə olunacağı gözlənilir.
Sinoptik qeyd edib ki, bu cür atmosfer hadisələri yaxın günlərdə hava temperaturunun enməsi ilə nəticələnə bilər.
Oxşar xəbərlər
İstanbulda bina çöküb, dağıntılar altında qalanlar var
İstanbulun Maltepe rayonunda 7 mərtəbəli yaşayış binası çöküb. BAKU.WS Türkiyə mətbuatına istinadən xəbər verir ki, dağıntılar altından 2 nəfər sağ çıxarılıb. H...