Rusiyada spirtli içkilərin satışı qadağan ediləcək?
30
okt
2024
14:21
Hazırda Rusiyada spirtli içkilərin satışının məhdudlaşdırılması ilə bağlı müzakirələr aparılmır.
BAKU.WS RİA Novosti-yə istinadən xəbər verir ki, bu barədə Rusiya prezidentinin mətbuat katibi Dmitri Peskov bildirib.
"Prezident administrasiyasında belə bir müzakirəmiz yoxdur... Bizim ölkədə, yəni Sovet İttifaqında bu məsələ ilə bağlı müxtəlif təcrübələrimiz olub. Təcrübə çox təsirlidir və təhlil etmək çox asandır", - Kreml sözçüsü bildirib.
Əvvəllər Voloqda vilayətində gündə iki saatdan başqa - 12-dən 14-ə kimi spirtli içkilərin satışı qadağan edilib.
Oxşar xəbərlər
Dron hücumu Moskva aeroportlarında 400-dən çox reysi gecikdirdi
Ukraynanın Moskva və Moskva vilayətinə intensiv dron hücumu Rusiya paytaxtının hava nəqliyyatında ciddi problemlərə səbəb olub. BAKU.WS xəbər verir ki, şəhərin...