Rusiyada QƏRİBƏ OLAY - Çılpaq qadın liftin kamerasını oxlovla sındırdı
Rusiyanın Yelabuqa şəhərində çılpaq qadın yaşayış binasının liftindəki kameraya oxlovla hücum edib.
BAKU.WS xəbər verir ki, bu barədə kadrları "Baza" teleqram kanalı yayıb.
Videoda çılpaq qadının mətbəx alətini aqressiv şəkildə liftin kamerasına çırpması görünür. O, həmçinin xaotik şəkildə o yan-bu yana qaçıb və anlaşılmaz sözlər qışqırıb.
Bildirilib ki, binanın yerli sakinləri qadına qarşı çıxıb, çünki o, saç kəsdirmək istəyən şəxsləri evinə qəbul edirmiş. İddialara görə, o, müştərilərinə əlavə seçimlərlə masaj da təklif edirmiş. Qonşular onun fahişəliklə məşğul olduğuna əminliklərini bildiriblər.
Məlum olub ki, qadının sosial şəbəkədəki səhifəsində gündəlik otaq kirayəsi elanı yerləşdirilib.
Oxşar xəbərlər
Paşinyan ölkəsindəki korrupsiyaya həll yolunu "tapdı": "Ermənistan vətəndaşı Tanrıya inanmalıdır"
"Bu gün "inanclı" sözü hələ də mənfi mənada qəbul edilir, çünki bir inanclılar var, bir də sadəcə normal vətəndaşlar var". BAKU.WS Oxu.az-a istinadən xəbər veri...