Rusiyada 2400 kvadratmetrlik ərazidə güclü yanğın başlayıb

Rusiyanın Yekaterinburq şəhəri yaxınlığında polietilen istehsalı anqarında 2400 kvadratmetr ərazini əhatə edən yanğın baş verib.
BAKU.WS xəbər verir ki, bu barədə Rusiya Fövqəladə Hallar Nazirliyinin Sverdlovsk vilayəti üzrə Baş İdarəsi öz Telegram kanalında məlumat yayıb.
Bildirilib ki, yanğın lokallaşdırılıb.
"Yanğın Polevodstvo kəndinin Traktoristov küçəsində baş verib. Yanğınsöndürənlərin səyi nəticəsində alovun qonşu tikililərə keçməsinin qarşısını almaq və yanğını lokallaşdırmaq mümkün olub", - məlumatda deyilir.
Yanğın yerində vəziyyəti izləmək üçün drondan istifadə edilib. Yanğının söndürülməsinə 50 yanğınsöndürən və 17 ədəd xüsusi texnika cəlb olunub.
Oxşar xəbərlər
Türkiyədə avtobus aşıb, 12 hərbçi yaralanıb
Türkiyənin Hakkari şəhərində hərbçiləri daşıyan avtobus aşıb. BAKU.WS xəbər verir ki, bu barədə "Haber Global" məlumat yayıb. Hadisə nəticədə 12 hərbçi yaralanı...
