Rusiya və Ukrayna arasında yeni əsir mübadiləsi həyata keçirildi
Yeniliklərdən dərhal xəbərdar olun
Rusiya ilə Ukrayna arasında hərbi əsirlərin daha bir mübadiləsi baş tutub. Bu dəfə proses "146-na 146" prinsipi əsasında gerçəkləşib.
BAKU.WS xəbər verir ki, məlumatı Rusiya Müdafiə Nazirliyi yayıb.
Bildirilib ki, azad edilən rus hərbçiləri Belarus ərazisinə gətirilib, onlara ilkin tibbi yardım və psixoloji dəstək göstərilib. Yaxın günlərdə hərbçilər Müdafiə Nazirliyinə məxsus tibb müəssisələrinə müalicə və reabilitasiya üçün yerləşdiriləcək.
Mübadilə çərçivəsində Ukrayna tərəfi həmçinin Kursk vilayətindən olan 8 mülki şəxsi də Rusiyaya təhvil verib.
Nazirliyin açıqlamasında qeyd olunur ki, Birləşmiş Ərəb Əmirlikləri prosesin həyata keçirilməsində humanitar vasitəçilik rolunu üzərinə götürüb.
Oxşar xəbərlər
Pentaqon rəhbəri impiçment cəhdlərinə qarşı mübarizə aparacağını açıqladı
ABŞ-nin müdafiə naziri Pit Heqset Konqresin ona qarşı impiçment proseduruna başlamaq cəhdlərinə müqavimət göstərəcəyini bildirib. BAKU.WS xəbər verir ki, nazir...