Rəsmi Moskva: Marsel Baş Konsulluğumuzdakı partlayışda terror hücumu əlamətləri var

Rəsmi Moskva: Marsel Baş Konsulluğumuzdakı partlayışda terror hücumu əlamətləri var
Dünya 4

Marsel Baş Konsulluğumuzdakı partlayışda terror hücumu əlamətləri var. Bunu Rusiya Xarici İşlər Nazirliyinin sözçüsü Mariya Zaxarova deyib.

BAKU.WS xəbər verir ki, TASS xəbər agentliyinə açıqlama verən Zaxarova ölkəsinin Marseldəki Baş Konsulluğu ərazisində baş verən partlayışla bağlı danışıb.

"Rusiyanın Marseldəki Baş Konsulluğunun ərazisində baş verən partlayışlar terror hücumu əlamətləri daşıyır. Fransa hakimiyyətindən bu hadisə ilə bağlı hərtərəfli araşdırma aparılması üçün təcili tədbirlər görməsini tələb edirik", – deyə Zaxarova vurğulayıb.

Kremlin sözçüsü Dmitri Peskov isə Marseldəki Baş Konsulluqda baş verən partlayış səbəbindən "dost olmayan" ölkələrdə yerləşən Rusiya diplomatik nümayəndəliklərində təhlükəsizlik tədbirlərinin gücləndirilməsinin vacib olduğunu bildirib.

Oxşar xəbərlər

OPEC+ neft hasilatını artıracaq

OPEC+ neft hasilatını artıracaq

Səkkiz aparıcı OPEC+ ölkəsi əlverişli bazar şəraitinə görə neft hasilatını sutkada 137 min barel artırmaq qərarına gəliblər. BAKU.WS xəbər verir ki, bu barədə T...

9 Dünya 23:53 07 sentyabr 2025

Son xəbərlər