Rusiya Konstantinovkada atəşi dayandırmağı təklif edib
Rusiya həlak olmuş əsgərlərin meyitlərinin təhvil verilməsi üçün Ukraynaya iyulun 6-da Moskva vaxtı ilə saat 12:00-dan 18:00-dək (Bakı vaxtı ilə 13:00-19:00) Ukraynanın Konstantinovka şəhərində atəşi dayandırmağı təklif edir.
BAKU.WS "Report"a istinadən xəbər verir ki, bu barədə Rusiya Müdafiə Nazirliyindən bildirilib.
"Rusiya tərəfi bu yaşayış məntəqəsində həlak olmuş ukraynalı hərbi qulluqçuların meyitlərinin təhvil verilməsi üzrə humanitar aksiya keçirməyə hazırdır", - məlumatda bildirilir.
Qurumdan qeyd ediblər ki, 5 iyul 2026-cı il tarixində Moskva vaxtı ilə saat 12:00-dək (Bakı vaxtı ilə 13:00) xüsusi xidmət orqanlarının mövcud kanalları vasitəsilə Ukrayna tərəfindən cavab gözləyirlər.
Daha əvvəl Rusiya Ukraynanın Donetsk vilayətindəki Konstantinovka şəhəri üzərində nəzarəti ələ keçirdiyini bildirib. Ukrayna Silahlı Qüvvələrinin Baş Qərargahı isə bu məlumatı təkzib edib.
Oxşar xəbərlər
Venesuelada zəlzələ qurbanlarının sayı 3 minə yaxınlaşıb
Venesuelada baş vermiş zəlzələlər nəticəsində ölənlərin sayı 2954 nəfərə, yaralıların sayı isə 16 592 nəfərə çatıb. BAKU.WS "Report"a istinadən xəbər verir ki,...