Rumıniya Ukrayna üçün silah alışı proqramına qoşulub
Rumıniya PURL ("Prioritized Ukraine Requirements List") proqramı çərçivəsində Ukrayna üçün silah alışı üçün 50 milyon avro ayıracaq.
BAKU.WS "Report"a istinadən xəbər verir ki, Rumıniya Xarici İşlər Nazirliyi bu barədə açıqlama yayıb.
"Rumıniya hökuməti ABŞ-nin təklif etdiyi "Ukraynanın müdafiəsi üçün prioritet tələblər siyahısı"na (PURL) töhfə verən ölkələrə 50 milyon avro ayırmaqla qoşulmaq qərarına gəlib", - press-relizdə deyilir.
Nazirlik qeyd edib ki, PURL mexanizmi ABŞ administrasiyası üçün böyük əhəmiyyət kəsb edən xarici siyasət və təhlükəsizlik vasitəsidir, müttəfiqlər arasında təhlükəsizlik məsuliyyətlərinin bərabər bölüşdürülməsini təmin edir.
Rumıniya Xarici İşlər Nazirliyinin məlumatına görə, ABŞ tərəfi PURL vasitəsilə tərəfdaş ölkələri Ukraynanı dəstəkləməkdə və fəaliyyət üçün razılaşdırılmış çərçivə yaratmaqda birbaşa, ölçülə bilən şəkildə cəlb etməyə çalışır.
PURL proqramı 14 iyulda ABŞ Prezidenti Donald Tramp və NATO-nun baş katibi Mark Rutte tərəfindən başlanıb. Bu mexanizm çərçivəsində NATO müttəfiqləri Ukrayna üçün ABŞ ehtiyatlarından silah alırlar.
Oxşar xəbərlər
Britaniya xəstəxanasında 20 yaşlı oğlan lomla beş nəfəri yaralayıb
İngiltərənin şimal-qərbindəki xəstəxananın qəbul şöbəsində lomla silahlanmış kişinin insanlara hücum etməsi nəticəsində beş nəfər yaralanıb. BAKU.WS "Report"a i...