Ronaldo Corcina ilə nə vaxt evlənəcək?
Yeniliklərdən dərhal xəbərdar olun
Səudiyyə Ərəbistanının "Əl-Nəsr" klubunun portuqaliyalı hücumçusu Kriştiano Ronaldonun sevgilisi Corcina Rodrigezlə hələ niyə evlənmədiyi barədə yaranan suallara aydınlıq gətirilib.
BAKU.WS xəbər verir ki, bu barədə Corcina "Netflix"in "Mən, Corcina" realiti-şousunda danışıb.
O uzun müddətdir sevgilisi Ronaldodan evlilik təklifi gözlədiyini etiraf edib.
Kriştiano Ronaldo isə bu suala belə cavab verib:
"Ona həmişə deyirəm ki, bir işarə hiss etdikdə evlənəcəyik. O, hər şeydə olduğu kimi bunda da nə demək istədiyimi yaxşı bilir. Bu, bir ildən sonra da ola bilər, yarım ildən, hətta bir aydan sonra da... Lakin mən 100 faiz əminəm ki, bu baş verəcək".
Xatırladaq ki, Ronaldo 2018-ci ildə Corcinaya evlənmə təklifi edib, lakin onların toyu hələ olmayıb. Cütlük 2016-cı ildən sevgilidir.
Oxşar xəbərlər
"Odyssey" yolda qaldı - Yanacaq almağa vəsaiti çatmadı
Kambocada yanacaq almağa vəsaiti çatmadığı üçün 203 sərnişini ilə limanda qalan "Odyssey" kruiz gəmisi yanacaq ehtiyatı doldurulduqdan sonra ölkəni tərk edib. B...