Rəcəb Tayyib Ərdoğan 10-cu dəfə baba oldu
Yeniliklərdən dərhal xəbərdar olun
Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan növbəti dəfə baba olma sevincini yaşayıb.
BAKU.WS Türkiyə mətbuatına istinadən xəbər verir ki, prezidentin qızı Sümeyye Erdoğan Bayraktar ilə həyat yoldaşı Selçuk Bayraktar cütlüyünün üçüncü övladı dünyaya gəlib.
Prezident Erdoğan və həyat yoldaşı Emine Erdoğan xəstəxanaya gedərək ana və körpənin səhhəti ilə maraqlanıblar.
Qeyd edək ki, Sümeyye Erdoğan Bayraktar və Selçuk Bayraktar cütlüyünün ilk övladı Canan Aybüke 2017-ci ildə, ikinci övladı Asım Özdemir isə 2024-cü ildə anadan olub.
Yeni doğulan nəvəsi ilə birlikdə Prezident Erdoğanın nəvələrinin sayı 10-a çatıb.
Prezidentin oğlu Necmettin Bilal Erdoğan və gəlini Reyyan Uzunerin 3, qızı Esra Erdoğan ilə kürəkəni Berat Albayrak cütlüyünün isə 4 övladı var.
Qalereya
Oxşar xəbərlər
32 yaşlı opera müğənnisi atasının 73 yaşlı dostu ilə evləndi
Honkonqda tanınmış opera müğənnisi Yemina Yu Çun-yan özündən 41 yaş böyük, keçmiş siyasətçi Lo Vay Kvokla ailə həyatı qurub. BAKU.WS xəbər verir ki, "AsiaOne" n...