Quterreş COP29-da iştirak üçün Bakının dəvətini qəbul edib
BMT-nin Baş katibi Antonio Quterreş COP29-da iştirak üçün Azərbaycan hökümətinin dəvətini qəbul edib və o, Azərbaycana səfərə hazırlaşır.
Bunu BMT sözçünün müavini Florensiya Soto Nino "Report"un ABŞ bürosuna açıqlamasında deyib.
BMT sözçüsünün müavini əlavə edib ki, dünya təşkilatının Baş katibi Azərbaycanın sədirliyi ilə cari ilin 11-22 noyabr tarixlərində ölkəmizdə baş tutacaq COP29 çərçivəsində Bakıya səfər edəcək və tədbirin açılışında iştirak edəcək:
"Baş katib COP29 çərçivəsində ən yüksək səviyyəli tədbirlər və müzakirələrə qatıldıqdan sonra digər səfərə yollanmağı nəzərdə tutulub. Quterreş COP29-un bağlanış mərasimində iştirak etmək üçün yenidən Bakıya dönəcək", - sözçü müavini bildirib.
Oxşar xəbərlər
Cənubi Koreyada hərbi kəşfiyyat rəhbəri həbs edilib
Cənubi Koreya hərbi kəşfiyyatının rəhbəri Mun San Xo hərbi vəziyyətlə əlaqədar baş verən iğtişaşlarda iştirak etməkdə şübhəli bilinərək həbs olunub. BAKU.WS "Re...