Qulaqcıqdan istifadə edənlərə VACİB MƏLUMAT

Qulaqcıqdan istifadə edənlərə VACİB MƏLUMAT
Dünya 91

Alimlər qulaqcıqlardan uzun müddət istifadə etməyin təkcə eşitməyə deyil, həm də qulaq daxilindəki mikrofloraya təsir göstərə biləcəyini bildiriblər.

BAKU.WS xəbər verir ki, bu barədə "The Conversation" portalında dərc olunan materialda qeyd olunur.

Mütəxəssislərin sözlərinə görə, qulaqcıqlar artıq insanların gündəlik həyatının ayrılmaz hissəsinə çevrilib. İnsanlar gün ərzində saatlarla musiqi dinləyir, podkastlara qulaq asır və telefon danışıqları aparırlar. Adətən tövsiyələr səs səviyyəsinin təhlükəsiz həddə saxlanması ilə bağlı olur.

"World Health Organization" isə eşitmə qabiliyyətinin zədələnməsi riskini azaltmaq üçün cihazın maksimal səs gücünün 60 faizindən artıq istifadə etməməyi məsləhət görür. Lakin alimlər bildirirlər ki, qulaq sağlamlığına yalnız səs deyil, qulaqcıqların uzun müddət taxılması da təsir edir.

Xüsusilə qulaq kanalına yerləşdirilən ("in-ear") qulaqcıqlar risk yarada bilər. Bu tip cihazlar qulaq yolunu qismən bağlayır və qurğunun səthində olan bakteriya və çirkləri qulaq dərisinə ötürə bilər.

Normalda qulaq kanalı özünü qoruyan təbii mexanizmə malikdir. Qulaq kiri və xüsusi yağlar dərini qoruyur və infeksiyaların qarşısını alır. Kiçik tüklər və qulaq kiri toz, bakteriya və ölü hüceyrələri xaricə çıxarmağa kömək edir, yəni qulaq müəyyən mənada özünü təmizləyir.

Ancaq qulaqcıqların uzun müddət istifadəsi bu balansı poza bilər. Sağlam qulaq kanalında müxtəlif mikroorqanizmlər - əsasən bakteriyalar, həmçinin göbələklər və viruslar yaşayır. Bu müxtəliflik potensial təhlükəli mikrobların çoxalmasının qarşısını alır.

2024-cü ildə aparılan bir araşdırma göstərib ki, eşitmə aparatlarından daim istifadə edən insanlarda qulaq kanalındakı bakteriya müxtəlifliyi daha az olur. Alimlər bunu qulaq kanalının uzun müddət qapalı qalması ilə əlaqələndirirlər.

Son xəbərlər