Qriqoryan: Azərbaycanla sülh müqaviləsinin imzalanma yeri və vaxtı hələ müəyyən edilməyib

Ermənistan Azərbaycanla sülh müqaviləsinin imzalanması üçün yer seçərkən balanslı yanaşmanın tərəfdarıdır. Bakı ilə müqavilənin imzalanma yeri və vaxtı hələ müzakirə olunmayıb.
BAKU.WS report-a istinadən xəbər verir ki, bunu Ermənistan Təhlükəsizlik Şurasının katibi Armen Qriqoryan deyib.
O qeyd edib ki, Ermənistan imzalanma üçün konkret yerlər təklif etməyib. Bununla belə, Qriqoryanın fikrincə, hansısa balanslaşdırılmış variantı seçmək məntiqli olardı.
Ermənistan hökumətinin sənədin mətnini niyə dərc etməməsi ilə bağlı sualı cavablandıran Qriqoryan qeyd edib ki, ictimai müzakirələr zamanı cəmiyyət artıq sazişin məzmunu ilə bağlı ətraflı məlumat alıb.
"Başa düşürəm ki, sazişə ictimai maraq var. Lakin imzalanmanın vaxtı və yeri ilə bağlı hələlik razılaşmanın olmadığını nəzərə alsaq, işimizi davam etdiririk. Bu baş verəndə mətn ictimaiyyətə açıqlanacaq", - o əlavə edib.
Oxşar xəbərlər
Təyyarə havaya qalxan kimi ildırım vurdu
Yaponiyada Japan Air Commuter (JAC) təyyarəsini havaya qalxdıqdan dərhal sonra ildırım vurub. BAKU.WS xəbər verir ki, bu barədə "Aviation Herald" məlumat yayıb...
