Qonşu ölkənin paytaxtında temperatur -30 dərəcəyə düşüb
Ötən gecə Moskva vilayətində bəzi yerlərdə temperatur -30 dərəcəyə düşüb.
BAKU.WS xəbər verir ki, bu barədə "Phobos" hava mərkəzinin aparıcı mütəxəssisi Yevgeni Tişkovets Telegram kanalında məlumat verib.
Moskvanın əsas hava stansiyası olan VDNX-də temperatur minimum -18,1 dərəcəni göstərib. Balçuqda temperatur -13,7 dərəcə, Tuşinoda -23,6, Butovoda -24,4 dərəcə olub.
Yeni Moskvada (Mixaylovskoye) civə sütunu -28,6 dərəcə Selsiyə düşüb. Moskva vilayətinin cənubunda, Zarayskda temperatur -30,1 dərəcə olub.
Xatırladaq ki, qonşu ölkənin mərkəzi hissəsində anomal soyuq hava şəraitinin 5 fevrala qədər davam edəcəyini bildirmişdi.
Oxşar xəbərlər
Fransanın 21 əyalətində isti hava xəbərdarlığı edildi
Fransada havaların kəskin istiləşməsi ilə əlaqədar 21 əyalətdə narıncı səviyyəli hava xəbərdarlığı elan olunub. BAKU.WS xəbər verir ki, bu barədə ölkənin Meteo-...