Qonşu ölkədə virus təhlükəsi - 60-a yaxın sinif karantinə göndərilib
Rusiyanın Sankt-Peterburq şəhərində məktəblilər arasında xəstəliklərin əhəmiyyətli artımı qeydə alınıb.
BAKU.WS Rusiya mətbuatına istinadən xəbər verir ki, bu barədə Sankt-Peterburq Təhsil Komitəsi məlumat yayıb.
Bildirilib ki, kəskin respirator virus infeksiyaları, qrip və COVID-19-a yoluxma hallarının artması ilə əlaqədar 60-a yaxın sinifdə tədris prosesi müvəqqəti olaraq dayandırılıb.
Şəhər Təhsil Komitəsinin yaydığı məlumata görə, fevralın 4-dən 56 sinif və 19 bağça qrupunda dərslər dayandırılıb. Bu tədbirlər infeksiyaların daha da yayılmasının qarşısını almaq məqsədi daşıyır.
Mütəxəssislər kəskin respirator virus infeksiyaları və qripə yoluxma hallarının, xüsusilə üç yaşdan altı yaşa qədər olan uşaqlar arasında 15% artdığını qeyd edirlər. Ümumilikdə, təxminən 33,8 min xəstəliyə yoluxma halı qeydə alınıb.
Xatırladaq ki, yanvarın 28-də bildirilib ki, son bir həftə ərzində Rusiyada kəskin respirator virus infeksiyalarına yoluxma halları əvvəlki 7 günlə müqayisədə 12,9% artıb.
Oxşar xəbərlər
Hörmüz boğazı bağlı qalsa, dünya neft bazarını "fəlakətli" nəticələr gözləyə bilər
Hörmüz boğazının bağlanması səbəbindən yaranan fasilə davam edərsə, bu, dünya neft bazarları üçün "fəlakətli" nəticələrə səbəb ola bilər. BAKU.WS xəbər verir ki...