Qırmızı dənizdə yük gəmisində partlayış baş verib
28
yan
2025
18:07
Qırmızı dənizdə Honkonq bayrağı altında üzən konteyner gəmisində partlayış baş verib.
"Report" xəbər verir ki, bu barədə "AP Diaplous Group" dəniz təhlükəsizliyi şirkətinə istinadən məlumat yayıb.
Hadisə Yəmənin Hodeyda limanından 225 km məsafədə baş verib. Yanğınla nəticələnən partlayışın səbəbi hələ ki məlum deyil. Heyət üzvləri gəmini tərk edib. Hadisə nəticəsində xəsarət alan olmayıb.
Dəniz daşımaları sahəsindəki mənbə agentliyə bildirib ki, konteyner gəmisində "təhlükəli" yük olub. O, gəminin məhz nə daşıdığını açıqlamayıb.
Oxşar xəbərlər
SEPAH ABŞ-nin radar sistemləri yerləşən bazalara hücum edib
İslam İnqilabı Keşikçiləri Korpusundan (SEPAH) bildirilib ki, ABŞ-nin Küveytdəki "Əli əs-Salim" bazası və Bubiyan adasındakı (Fars körfəzi) taktiki radar komple...