Qırğızıstanda mədəndə qaz sızması olub, ölənlər var
08
mar
2026
11:04
Xəbərlərimizi Google-da izləyin
Yeniliklərdən dərhal xəbərdar olun
Qırğızıstanın Batken vilayətində yerləşən kömür mədənində baş verən qaz sızması nəticəsində iki nəfər həlak olub, daha 18 nəfər xəstəxanaya yerləşdirilib.
BAKU.WS xəbər verir ki, bu barədə Qırğızıstanın Fövqəladə Hallar Nazirliyi (FHN) məlumat yayıb.
Məlumata görə, hadisə "Batken Munay" mədənində qeydə alınıb. Xilasetmə qüvvələri təxminən 200 metr dərinlikdən həlak olmuş iki nəfərin meyitini çıxararaq hüquq-mühafizə orqanlarına təhvil verib.
Dəm qazı ilə zəhərlənmə səbəbindən 18 mədənçi rayon xəstəxanasına müraciət edib.
Oxşar xəbərlər
Balıq tutmaq üçün qurd axtaran cütlük 24 min gümüş sikkə tapıb
İsveçdə balıq tutmaq üçün torpaqda qurd axtaran cütlük təsadüfən böyük tarixi xəzinə aşkar edib. Tapıntılar arasında 24 min 100 gümüş sikkə və 144 tarixi əşya v...