Qəzza zolağının Türkiyə cümhuriyyətinə birləşdirilməsi təklif edilib
![Qəzza zolağının Türkiyə cümhuriyyətinə birləşdirilməsi təklif edilib](https://baku.ws/storage/photos/uploads/thumbs/large/A931njxSVew21PqfflX31mHmE61Ln4rXI9hzPPKd.webp)
Türkiyənin sabiq baş naziri Əhməd Davudoğlu Qəzza zolağının ölkəyə birləşdirilməsi təklifini irəli sürüb.
BAKU.WS xəbər verir ki, bu barədə TASS agentliyi məlumat yayıb.
Davudoğlunun sözlərinə görə, Qəzza Türkiyə tərkibində muxtar rayon statusu ala bilər. O, həmçinin 1516-1917-ci illərdə Fələstinin Osmanlı imperiyasının tərkibində olduğunu xatırladıb.
Qeyd edək ki, Davudoğlu 2014-2016-cı illərdə Türkiyənin baş naziri olub, bundan əvvəl isə xarici işlər naziri vəzifəsini icra edib.
Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan ötən gün İsrailin Fələstinə vurduğu zərərin ödənilməli olduğunu bəyan edib. O, münaqişənin həlli üçün 1967-ci il sərhədləri çərçivəsində paytaxtı Şərqi Qüds olan müstəqil və suveren Fələstin dövlətinin yaradılmasının vacibliyini vurğulayıb. Ərdoğan Türkiyə və Malayziyanın Fələstini dəstəkləməyə davam etdiyini də qeyd edib.
Fevralın 5-də ABŞ prezidenti Donald Tramp Qəzza zolağını nəzarətə götürmək və əhalisinin Misir və İordaniyaya köçürülməsi planlarını açıqlayıb.
Oxşar xəbərlər
"Millətin uşağı insandır, bizimki qütb ayısı?" - Türkiyəli anadan yumoristik reaksiya
Türkiyənin istanbul şəhərində qarlı havada övladını dərsə aparan ananın görüntüləri viral olub. BAKU.WS xəbər verir ki, qarda oğlunu məktəbə aparan ana, "Millət...
![](/images/banners/placeholder_home_right_az.jpg)