Qətərə hücum ABŞ-nin təhlükəsizliyinə təhdid sayılacaq
Qətər ərazisinə, suverenliyinə və ya kritik vacib infrastrukturuna istənilən silahlı hücum ABŞ-nin təhlükəsizliyinə təhdid kimi nəzərdən keçiriləcək.
Bu barədə ABŞ Prezidenti Donald Tramp fərman imzalayıb.
Fərmanda deyilir ki, belə bir hücum olarsa, ABŞ ölkənin və Qətər dövlətinin maraqlarının qorunması, habelə sülh və sabitliyin bərpası üçün diplomatik, iqtisadi və lazım gələrsə hərbi tədbirlər daxil olmaqla, bütün qanuni və müvafiq tədbirləri görəcək.
Qeyd edək ki, Qətər sentyabrın 9-da İsrailin Dohada HƏMAS hərəkatı rəhbərliyinə yönəlik zərbəsindən sonra ABŞ-dən təhlükəsizlik zəmanətləri alıb.
Oxşar xəbərlər
Kim Çen Inın öldüyü iddia edilir – Hakimiyyət bacısına keçib?
Şimali Koreya lideri Kim Çen Inın öldüyü və ölkədə hakimiyyətin onun bacısı Kim Yo Çjuna keçdiyi barədə iddialar yayılıb. BAKU.WS xəbər verir ki, bu barədə xari...