Qətər: Körfəz ölkələrinə müharibəni dayandırmaq üçün təzyiq göstərmək cəhdləri uğursuz olacaq
Yeniliklərdən dərhal xəbərdar olun
İranla əlaqə saxlamırıq: Körfəz ölkələrinə müharibəni dayandırmaq üçün təzyiq göstərmək cəhdləri uğursuz olacaq.
BAKU.WS "The times of Israel"ə istinadən xəbər verir ki, bu barədə Qətər Xarici İşlər Nazirliyinin sözçüsü Məcid əl-Ənsari bildirib.
O keçirilən mətbuat konfransında qeyd edib ki, hazırda Qətərlə İran arasında heç bir rabitə yoxdur və İslam Respublikası raket hücumlarından əvvəl Qətərə məlumat verməyib.
Ənsari onu da bildirib ki, Körfəz ölkələrinə təzyiq göstərməklə danışıqlara qayıtmağa məcbur etmək cəhdləri uğursuz olacaq.
Ekspertlər hesab edirlər ki, İranın strategiyası ABŞ-nin regiondakı müttəfiqlərini və Donald Trampı İranla danışıqlara qayıtmağa məcbur etməkdir.
Ənsarinin sözlərinə görə, İran Dohadakı Həməd Beynəlxalq Hava Limanını hədəf almağa çalışsa da, uğursuz olub və bütün cəhdlər qarşısı alınıb.
Qətər Xarici İşlər Nazirliyinin sözçüsü onu da vurğulayıb ki, ötən gün Qətər tərəfindən vurulan iki İran təyyarəsi Dohaya doğru uçub və vurulmazdan əvvəl xəbərdarlıq edilib.
Oxşar xəbərlər
Putin Rusiya vətəndaşlarının MDB-dəki gəlirləri barədə məlumat toplanmasına icazə verdi - Azərbaycanlılar da var...
Rusiya Prezidenti Vladimir Putin ölkəsinin məhkəmə icraçılarına rusiyalı vətəndaşların MDB ölkələrindəki iş yerləri, bank hesabları, gəlirləri və digər aktivlər...