Qazaxıstan AZAL təyyarəsinin qəzası ilə bağlı şəffaf araşdırmanı dəstəkləyir

Qazaxıstan AZAL təyyarəsinin qəzası ilə bağlı şəffaf araşdırmanı dəstəkləyir
Dünya 86

Qazaxıstan Aktau yaxınlığında qəzaya uğrayan AZAL təyyarəsinin faciəvi insidentinin ədalətli və şəffaf şəkildə araşdırılmasının tərəfdarıdır.

BAKU.WS xəbər verir ki, bu barədə Qazaxıstanın Rusiyadakı səfiri Dauren Abayev "RİA Novosti"yə açıqlamasında bildirib.

Onun sözlərinə görə, ölkəsi istintaq prosesində tam açıqlıq nümayiş etdirəcək:

"Bizim gizlədəcəyimiz heç nə yoxdur. Araşdırmanın beynəlxalq standartlara uyğun və obyektiv aparılmasını dəstəkləyirik."

Səfir həmçinin qeyd edib ki, araşdırma Beynəlxalq Mülki Aviasiya Təşkilatının (ICAO) tələblərinə tam uyğun aparılır. Hazırda Azərbaycan, Rusiya və Braziliyanın səlahiyyətli nümayəndələri araşdırma prosesində iştirak edirlər.

Qazaxıstan Nəqliyyat Nazirliyinin ilkin hesabatına əsasən, qəzanın səbəbləri tam araşdırılır və yekun hesabatın 2025-ci ilin dekabrında dərc olunacağı gözlənilir. ICAO isə ilkin hesabatın detallı və əhatəli olduğunu yüksək qiymətləndirib.

Xatırladaq ki, Bakıdan Qroznıya uçan AZAL aviaşirkətinə məxsus Embraer 190 təyyarəsi 2024-cü il dekabrın 25-də səhər saatlarında Qazaxıstanın Aktau şəhəri yaxınlığında qəzaya uğrayıb. Təyyarədə 62 sərnişin və 5 ekipaj üzvü olub. Onlardan 29 nəfər sağ qalıb.

İlkin məlumatlara görə, qəzanın Rusiya hava məkanına kənar müdaxilə nəticəsində baş verdiyi ehtimal edilir. Rusiya Prezidenti Vladimir Putin insidentin onların hava məkanında baş verdiyinə görə üzr istəyib. Azərbaycan Prezidenti İlham Əliyev isə 29 dekabrda verdiyi açıqlamada hadisə ilə bağlı üç əsas tələbi səsləndirib:

Rusiya rəsmi şəkildə üzr istəməlidir.

Öz günahını etiraf etməlidir.

Bütün təqsirkarları məsuliyyətə cəlb edərək Azərbaycana, qəza qurbanlarına və onların ailələrinə təzminat ödəməlidir.

Oxşar xəbərlər

Putin Alyaskada Trampla nəyi müzakirə etdiyini AÇIQLADI

Putin Alyaskada Trampla nəyi müzakirə etdiyini AÇIQLADI

Rusiya Prezidenti Vladimir Putin "Valday Diskussiya Klubunun plenar iclasında çıxışı zamanı ABŞ Prezidenti Donald Trampla Alyaskada keçirilən sammitin detalları...

46 Dünya 23:26 02 oktyabr 2025

Son xəbərlər