Qadınlar sviterlərini çıxardıqları üçün təyyarədən endirilib
Yeniliklərdən dərhal xəbərdar olun
Amerikalı qadınlar üst paltarlarına görə "Spirit Hava Yolları"na məxsus təyyarədən endiriliblər.
BAKU.WS xəbər verir ki, bu barədə "Daily Mail" məlumat yayıb.
Belə ki, Los-Ancelesdən Nyu Orleana səyahət etmək istəyən qadınlar təyyarədə hava isti olduğundan sviterlərini çıxarıblar. Stüardessa onlara yaxınlaşıb sviter geyinməyi xahiş edib.
Sərnişinlər hansı qaydaları pozduqlarını soruşsalar da, işçi cavab vermək əvəzinə rəhbərinə zəng edib. Qadınların bu formada uçması ilə bağlı heç bir problem yaşanmayıb, ancaq stüardessa israr edib.
Daha sonra işçilərdən biri ya polisə zəng etməyi, ya da başqa reyslə uçmağı təklif edib. Amerikalılar sonuncunu seçib, lakin təyyarədən düşəndə onlara başqa uçuşla gedə bilməyəcəkləri bildirilib.
Nəticədə qadınlar təyinat yerinə başqa təyyarə ilə çatmaq üçün təxminən 1000 dollar daha çox xərcləyiblər. Sərnişinlər aviaşirkətlə də əlaqə saxlasalar da, müştərilərin daxili qaydaları pozmadıqlarını deyiblər.
"Biz "Spirit" müştəri xidmətinə zəng etdik və onlar dedilər ki, şirkətin geyim kodunda üst paltarlarla bağlı heç bir şey yoxdur", - qadınlar qeyd edib.
Oxşar xəbərlər
Balıq tutmaq üçün qurd axtaran cütlük 24 min gümüş sikkə tapıb
İsveçdə balıq tutmaq üçün torpaqda qurd axtaran cütlük təsadüfən böyük tarixi xəzinə aşkar edib. Tapıntılar arasında 24 min 100 gümüş sikkə və 144 tarixi əşya v...