Qadın ərini 1 milyondan çox pul qarşılığında öldürdü – DƏHŞƏT!
Yeniliklərdən dərhal xəbərdar olun
Hindistanın Karnataka əyalətində yaşayan qadın ərindən 80 milyon rupi (1,611,454.85 manat) ala bilmədiyi üçün onu şərikləri ilə birlikdə öldürüb.
BAKU.WS xəbər verir ki, bu barədə News9Live məlumat yayıb.
Belə ki, 8 oktyabrda Kodagu bölgəsindəki qəhvə plantasiyasında yandırılmış insan qalıqları tapılıb. Araşdırmalar nəticəsində, həmin qalıqların varlı bir şəxs olan Rameşə aid olduğu məlum olub. Polis dərhal 16 nəfərlik istintaq qrupu yaradaraq Hindistanlı Niharika adlı qadının izinə düşüb. Ali mühəndislik təhsili olan qadın araşdırmalar nəticəsində məlum olub ki, həyatı boyu müxtəlif dələduzluq sxemləri ilə məşğul olub. Nəticədə həbs olunub.
Rameş yaxşı qazanc əldə edən və on milyonlarla rupi məbləğində əmanətləri olan bir şəxs olub. O, Niharikanın "təmtəraqlı həyat tərzi"ni tam təmin etsə də, bu, ona yetərli olmayıb. İstintaq məlumatlarına görə, ərinin 80 milyon rupini ona verməkdən imtina etməsi münasibətlərini daha da gərginləşdirib.
Məlum olub ki, ərindən 80 milyon rupi (1,611,454.85 manat) ala bilməyən qadın onu şərikləri ilə birlikdə öldürüb.
Qeyd edək ki, 2018-ci ildə azadlığa çıxan Niharika tezliklə Rameşlə tanış olaraq onunla evlənib.
Oxşar xəbərlər
32 yaşlı opera müğənnisi atasının 73 yaşlı dostu ilə evləndi
Honkonqda tanınmış opera müğənnisi Yemina Yu Çun-yan özündən 41 yaş böyük, keçmiş siyasətçi Lo Vay Kvokla ailə həyatı qurub. BAKU.WS xəbər verir ki, "AsiaOne" n...