Putinin çıxışı Qərbə açıq mesaj idi - ekspert
Rusiyanın sabiq Mərkəzi Kəşfiyyat İdarəsinin (MKİ) analitiki Larri Conson Rusiya Prezidenti Vladimir Putinin son çıxışının Qərbə ünvanlanmış açıq mesaj olduğunu bildirib.
BAKU.WS xəbər verir ki, o, bu fikirləri "Glenn Diesen" adlı "YouTube" kanalına müsahibəsində səsləndirib.
Consonun sözlərinə görə, Rusiya özünə qarşı təhlükənin artacağını görəcəyi təqdirdə hücumu gözləməyəcək və təhlükəsizliyini təmin etmək üçün qabaqlayıcı addımlar atacaq.
"Rusiya artıq oturub ona hücum edilməsini gözləməyəcək. Qərbin Rusiyanı hədələməyə davam etmək niyyətində olduğu aydınlaşan kimi, Moskva özünü qorumaq üçün tədbirlər görəcək. Mən Putinin çıxışından məhz bu açıq mesajı çıxardım", – deyə o bildirib.
Sabiq analitik bununla ötən həftə Kremldə hərbi ali məktəblərin məzunları ilə görüşdə Vladimir Putinin səsləndirdiyi fikirlərə münasibət bildirib. Rusiya Prezidenti həmin çıxışında Avropa İttifaqında bəzi siyasətçilərin Moskva ilə müharibəyə hazırlaşdıqlarını açıq şəkildə bəyan etdiklərini demişdi.
Putin daha əvvəl isə Rusiyanın hava hücumundan müdafiə vasitələrinin kifayət qədər olduğunu, əsas məsələnin onların istehsalının və qoşunlara tədarükünün sürətləndirilməsi olduğunu vurğulamışdı. O, həmçinin hava hücumundan müdafiə sistemlərinin kritik infrastruktur obyektlərinin mühafizəsi üçün də istifadə oluna biləcəyini qeyd etmişdi.
Oxşar xəbərlər
82 ildir Atlantik okeanının dibində qalan 2,2 ton qızıl hələ də çıxarılmayıb
İkinci Dünya müharibəsi zamanı Atlantik okeanında batırılan Yaponiyaya məxsus I-52 sualtı qayığında daşınan təxminən 2,2 ton qızıl 82 ildir okeanın dibində qalı...