Putin və Si Cinpinin danışıqları 7 saatdan çox davam edib
Rusiya Prezidenti Vladimir Putin və Çin Xalq Respublikasının Sədri Si Cinpin arasında görüş başa çatıb.
BAKU.WS "Report"a istinadən xəbər verir ki, Rusiya-Çin yüksək səviyyəli danışıqları ümumilikdə təxminən 7,5 saat davam edib.
Putin və Si Cinpin mətbuat qarşısına çıxıblar və təntənəli şəraitdə iki birgə bəyanat imzalayıblar. Nümayəndə heyətləri həmçinin dövlətlərarası saziş daxil olmaqla sənədlər paketinə imza atıblar.
Çin lideri təkbətək və geniş tərkibdə keçirilən danışıqlardan, eləcə də çay süfrəsi arxasında keçirilən qeyri-rəsmi söhbətdən sonra Kremlin binasını tərk edib.
Qeyd edək ki, Çin Xalq Respublikasının Sədri Rusiyada dörd günlük rəsmi səfərdədir.
Oxşar xəbərlər
Ermənistanın baş prokuroru Saqatelyan və Karapetyanın toxunulmazlığının ləğvini tələb edəcək
Ermənistan Baş Prokurorluğu cinayət təqibi üçün parlament müxalifətinin iki nümayəndəsinin - "Güclü Ermənistan" blokunun lideri Narek Karapetyanın və "Ermənista...