Putin Ukraynada atəşkəsin hansı halda mümkün olacağını AÇIQLADI
Ukraynada atəşkəs yalnız tərəflər arasında müvafiq razılaşmalar əldə olunduqdan sonra mümkün ola bilər.
Bu barədə Rusiya Prezidenti Vladimir Putin ABŞ Prezidenti Donald Tramp ilə apardığı danışıqlardan sonra məlumat verib.
Onun açıqlamasını jurnalist Pavel Zarubin özünün "Telegram" kanalında yayımlayıb.
Rusiya lideri vurğulayıb ki, Moskva Ukrayna ilə mümkün sülh sazişinin hazırlanması üçün memorandum üzərində işləməyə hazırdır. Onun sözlərinə görə, bu sənəddə tərəflərin bir sıra mövqeləri - məsələn, nizamlanmanın prinsipləri, mümkün sülh sazişinin bağlanma müddətləri və atəşkəsin şərtləri müəyyən olunmalıdır.
"Rusiya, məsələn, nizamlanma prinsipləri, mümkün sülh sazişinin bağlanma müddətləri və bu razılaşmalara nail olunacağı təqdirdə müəyyən müddətə atəşkəs də daxil olmaqla, bir sıra mövqelərin müəyyənləşdirilməsi ilə bağlı mümkün gələcək sülh sazişi üzrə memorandum hazırlanması üçün Ukrayna tərəfi ilə işləməyi təklif edir və buna hazırdır", – deyə dövlət başçısı bildirib.
Xatırladaq ki, Vladimir Putin və Donald Tramp 19 may axşamı telefon danışığı aparıblar. Söhbət iki saatdan çox davam edib.
Oxşar xəbərlər
Polşadan Belarusa iki ukraynalının təhvil verilməsi ilə bağlı TƏLƏB
Polşa XİN-in mətbuat katibi Maçey Vevyur bildirib ki, Varşava dəmir yolunda partlayışın təşkilində şübhəli bilinən iki ukraynalının təhvil verilməsi tələbi ilə...