Putin Ərdoğana zəng edib
Yeniliklərdən dərhal xəbərdar olun
Rusiya Prezidenti Vladimir Putin Türkiyə dövlət başçısı Rəcəb Tayyib Ərdoğanla telefon danışığı aparıb.
Bu barədə Kremlin mətbuat xidməti məlumat yayıb.
Qeyd olunur ki, tərəflər Putinin Alyaskada ABŞ prezidenti Donald Trampla apardığı danışıqları, həmçinin Rusiya və Ukrayna nümayəndə heyətləri arasında dialoqun təşkili işində İstanbulun vasitəçiliyini müzakirə ediblər.
Bundan əlavə, Putin və Ərdoğan ikitərəfli əməkdaşlıq mövzusuna toxunublar və şəxsi təmasları davam etdirmək barədə razılığa gəliblər.
Türkiyənin "Milliyet" qəzeti yazıb ki, Ukrayna münaqişəsinin nizamlanması məsələləri üzrə xarici liderlərin sammiti üçün təhlükəsizlik baxımından Türkiyə ideal məkandır. Putin və Ukrayna prezidenti Volodimir Zelenski arasında mümkün görüş üçün İstanbul hava limanı meydança kimi nəzərdən keçirilir.
Oxşar xəbərlər
Balıq tutmaq üçün qurd axtaran cütlük 24 min gümüş sikkə tapıb
İsveçdə balıq tutmaq üçün torpaqda qurd axtaran cütlük təsadüfən böyük tarixi xəzinə aşkar edib. Tapıntılar arasında 24 min 100 gümüş sikkə və 144 tarixi əşya v...