Putin BRICS sammiti çərçivəsində Ərdoğanla görüşüb
Yeniliklərdən dərhal xəbərdar olun
Rusiya Prezidenti Vladimir Putin BRICS sammiti çərçivəsində Türkiyə lideri Rəcəb Tayyib Ərdağan ilə ikitərəfli görüş keçirir.
BAKU.WS "Report"a istinadən xəbər verir ki, liderlər ticari-iqtisadi əlaqələrin inkişafı perspektivlərini, eləcə də Türkiyə ərazisində beynəlxalq qaz qovşağının yaradılması layihəsini müzakirə edəcəklər.
Gündəlikdəki məsələlərin müzakirəsindən əvvəl Putin Ankarada törədilmiş terror aktı ilə əlaqədar Ərdoğana başsağlığı verib.
"İşimizə başlamazdan əvvəl terror aktı ilə əlaqədar sizə başsağlığı vermək istərdim. Mediada Türkiyədə terror aktı baş verdiyi barədə məlumatlar çıxıb", - Rusiya lideri söyləyib.
Qeyd edək ki, bundan əvvəl Rusiya və Türkiyə liderləri son dəfə Şanxay Əməkdaşlıq Təşkilatının iyul ayında Astanada baş tutmuş sammitindən əvvəl görüşmüşdü.
Oxşar xəbərlər
32 yaşlı opera müğənnisi atasının 73 yaşlı dostu ilə evləndi
Honkonqda tanınmış opera müğənnisi Yemina Yu Çun-yan özündən 41 yaş böyük, keçmiş siyasətçi Lo Vay Kvokla ailə həyatı qurub. BAKU.WS xəbər verir ki, "AsiaOne" n...