Peruda 5,9 bal gücündə zəlzələ baş verib
Cənubi Amerika ölkəsi Peruda 5,9 bal gücündə zəlzələ qeydə alınıb.
BAKU.WS xəbər verir ki, bu barədə ABŞ Geoloji Araşdırmalar Mərkəzi (USGS) məlumat yayıb.
Məlumata görə, zəlzələnin episentri Pampa de Tate şəhərindən 25 kilometr cənub-şərqdə yerləşib.
Bildirilir ki, yeraltı təkanlar 62 kilometr dərinlikdə baş verib.
Hazırda zəlzələ nəticəsində can və ya maddi itki qeydə alınmadığı açıqlanıb.
Peru Geofizika İnstitutunun rəhbəri Hernando Tavera yerli RPP radiosuna açıqlamasında bildirib ki, zəlzələ Sakit okean sahillərindəki mərkəzi bölgələrdə, And dağlarında və ölkənin cənubundakı Arekipa bölgəsinə qədər geniş ərazidə hiss olunub.
Oxşar xəbərlər
ABŞ İranın neft sektoruna qarşı sanksiyaları yumşaldan lisenziyanı ləğv edib
ABŞ Maliyyə Nazirliyi avqustun 21-dək İranın neft sektoruna qarşı sanksiyaları yumşaldan lisenziyanı ləğv edir. BAKU.WS "Report"a istinadən xəbər verir ki, bu b...