Paşinyan: Ermənistanın ərazisi çoxumuza məlum deyil

Ermənistanın baş naziri Nikol Paşinyan sakinlərin bir çoxunun ölkənin ərazisini tanımamaqda ittiham edib.
BAKU.WS report-a istinadən xəbər verir ki, bu barədə yerli mətbuat məlumat yayıb.
"29.743 kvadrat kilometrlik ərazi çoxlarına tanış deyil. Əsl Ermənistan beynəlxalq səviyyədə tanınmış ərazisi və sərhədləri olan Ermənistan Respublikasıdır. Bu çox sadə ifadə kimi görünür, amma son illər bu rəqəmin bir çoxumuza tanış olmadığını görəndə təəccübləndim: 29.743 kvadrat kilometr çoxumuza tanış deyil", - baş nazir "Real Ermənistan" ideologiyası layihəsinin ikinci müzakirəsi zamanı deyib.
"Sual yaranır: niyə bu rəqəm bizə tanış deyil, çünki bu, dövlətimizin beynəlxalq səviyyədə tanınmış ərazisidir? Bir sıra məlum vəziyyətlərdə tənqid səsləndi: niyə mən bu və ya digər ölkənin ərazi bütövlüyünü tanıdım? Bunun motivasiyası nədir? Bildirmək istəyirəm ki, bunun üçün ən vacib motivasiya özümüzün əvvəlcə ölkəmizin ərazi bütövlüyünü tanımağımız idi", - o deyib.
Oxşar xəbərlər
Antalyada meşə yanğınları başladı
Bu gün səhər saatlarında Antalyanın Muratpaşa rayonunda səbəbi hələ müəyyən edilməyən meşə yanğını başlayıb. BAKU.WS Türkiyə KİV-ə istinadən xəbər verir ki, yan...
