Paşinyan: Ermənistan ötən il avqustun 8-nə qədər dalanda idi
Ermənistanın Baş naziri Nikol Paşinyan 8 avqust 2025-ci ildə Vaşinqtonda keçirilən görüşün Ermənistanı "dalandan çıxardığını" və ölkə üçün yeni perspektivlər yaratdığını bildirib.
BAKU.WS xəbər verir ki, Paşinyan bu barədə Azərbaycan, Ermənistan və ABŞ liderlərinin Vaşinqtonda keçirilən üçtərəfli görüşünün birinci ildönümü ilə bağlı müraciətində danışıb.
Ermənistan hökumətinin başçısı eyni zamanda sülh gündəliyinin həyata keçirilməsi prosesinin hələ tamamlanmadığını qeyd edib.
"8 avqust 2025-ci ilə qədər dövlətimiz dalanda idi, avqustun 8-dən sonra isə qarşımızda hüdudsuz perspektivlər açıldı. Onlardan istifadə edib-etməyəcəyimiz kollektiv iradəmizdən asılıdır", - deyə Paşinyan vurğulayıb.
O, Vaşinqton sammitinin əsas nəticələrindən biri kimi "Tramp Marşrutu" (TRIPP) layihəsini də önə çəkib. Paşinyanın sözlərinə görə, bu layihə həm Ermənistanın, həm də bütövlükdə regionun iqtisadiyyatının əsas elementlərindən birinə çevrilə bilər.
"Yaxın vaxtlarda biz TRIPP-in praktiki icrasına başlayacağıq və bu, böyük regional və beynəlxalq hadisə olacaq", - Ermənistanın Baş naziri bildirib.
Paşinyan əlavə edib ki, Ermənistan-Azərbaycan münaqişəsi ilə bağlı səhifə bağlanıb və sülh artıq vətəndaşların gündəlik həyatının bir hissəsinə çevrilib.
Oxşar xəbərlər
Gürcüstanda dövlət bayraqları yarıya endirilib
Gürcüstanda 2008-ci il Rusiya-Gürcüstan müharibəsində həyatını itirənlərin xatirəsi ehtiramla anılır. BAKU.WS xəbər verir ki, həlak olanların xatirəsinə ehtiram...