Pakistanlı alpinist Daulat Şah faciəli şəkildə həyatını itirdi
Yeniliklərdən dərhal xəbərdar olun
31 yaşlı pakistanlı alpinist Daulat Şah Gilgit-Baltistan bölgəsində buz divarına dırmaşarkən yıxılaraq həyatını itirib.
BAKU.WS Pakistan Alp Klubunun məlumatına istinadən xəbər verir ki, Şah bölgədə xarici turistlə birlikdə dırmanış edirdi.
Dırmanış zamanı yıxılan alpinist hadisə yerində ölüb.
O, daha əvvəl dünyanın ikinci ən hündür zirvəsi olan K2 də daxil olmaqla 8 min metrdən yüksək dağlara qalxmışdı.
Şah 2025-ci ildə Gaşerbrum I zirvəsinə də əlavə oksigen istifadə etmədən çatmışdı.
Çin sərhədində yerləşən Gilgit-Baltistan bölgəsində hündürlüyü 8 min metrdən çox olan 14 zirvə var.
Son illərdə bölgədə dırmanışlar zamanı bir neçə alpinist həyatını itirib.
Oxşar xəbərlər
Balıq tutmaq üçün qurd axtaran cütlük 24 min gümüş sikkə tapıb
İsveçdə balıq tutmaq üçün torpaqda qurd axtaran cütlük təsadüfən böyük tarixi xəzinə aşkar edib. Tapıntılar arasında 24 min 100 gümüş sikkə və 144 tarixi əşya v...