Ötən sutka ərzində Qəzzada 14 nəfər həyatını itirib
Ötən sutka ərzində Qəzzada 14 nəfər öldürülüb. Ölümlərin əksəriyyəti Fələstin anklavının şimal hissəsində qeydə alınıb.
BAKU.WS xəbər verir ki, bu barədə "əl-Cəzirə" telekanalı məlumat yayıb.
Kanal bildirib ki, 7 oktyabr 2023-cü ildən bəri İsrailin Fələstinə qarşı hərbi əməliyyatları nəticəsində 42 010 nəfər ölüb, 97 720 nəfər isə yaralanıb.
Qeyd edək ki, 2023-cü il oktyabrın 7-də Həmas yaraqlılarının Qəzzadan İsrail ərazisinə qəfil hücum etməsi, İsrailin sərhəd qəsəbələrinin sakinlərini öldürməsi və qadınlar, uşaqlar, qocalar da daxil olmaqla 250-dən çox insanı girov götürməsi ilə Yaxın Şərqdə gərginlik yenidən alovlanıb.
Oxşar xəbərlər
İsrail Livanın cənubunda "Hizbullah" obyektlərinə kütləvi zərbələr endirdiyini açıqlayıb
İsrail Hərbi Hava Qüvvələri son saatlarda Livanın cənubundakı Sur şəhərində "Hizbullah"ın hərbi obyektlərinə iki seriya zərbələr endirib. "Report" xəbər verir k...