Ölən əri ilə 19 il əvvələ aid fotolarını paylaşdı
Yeniliklərdən dərhal xəbərdar olun
Mərhum aktyor Rasim Öztekinin həyat yoldaşı Esra Kazanbaşı sosial şəbəkə paylaşımı ilə hərkəsi kövrəldib.
BAKU.WS xəbər verir ki, o həyat yoldaşı ilə evlilyinin 19 ilinin tamam olduğunu qeyd edərək nigah fotolarını paylaşıb.
Esra şəkillərə "Düz 19 il əvvəl bu gün... Sonsuz sevgi... Rasimim kitabından... " şərhini yazıb.
O daha sonra sözlərinə belə davam edib:
"Rasim nigahımızda mənim əllərimdən tutdu. "Yaxşı gündə, pis gündə, xəstəlikdə və sağlamlıqda, səni həyat yoldaşı kimi qəbul edirəm. Sən nə deyirsən?" - deyə soruşdu. "Bəli" sözünü ürəkdən gələn səslə söylədim. Biz rəsmi olaraq həyat yoldaşı olduq. Bir-birimizə sarılıb, doğmalıq hiss etdik".
Xatırladaq ki, Rasim Öztekin 2021-ci ildə vəfat edib.
Aktyor "Seksenler" serialının "Fehmi babası" obrazı ilə yaddaşlarda qaldı.
Oxşar xəbərlər
Balıq tutmaq üçün qurd axtaran cütlük 24 min gümüş sikkə tapıb
İsveçdə balıq tutmaq üçün torpaqda qurd axtaran cütlük təsadüfən böyük tarixi xəzinə aşkar edib. Tapıntılar arasında 24 min 100 gümüş sikkə və 144 tarixi əşya v...