"Babala TV"nin təsisçisi Oğuzhan Uğur saxlanılıb
Yeniliklərdən dərhal xəbərdar olun
Türkiyədə "Ahbap" Dərnəyi ilə bağlı aparılan istintaq çərçivəsində "Babala TV"nin təsisçisi Oğuzhan Uğur saxlanılıb.
BAKU.WS xəbər verir ki, İstanbul Baş Prokurorluğunun həyata keçirdiyi istintaqın üçüncü əməliyyat mərhələsi zamanı Oğuzhan Uğur da daxil olmaqla 9 nəfər barəsində saxlanılma qərarı verilib.
İstintaq çərçivəsində daha əvvəl "Ahbap" Dərnəyinin təsisçisi Haluk Levent, onun qardaşı Berkant Acil və digər şəxslər də daxil olmaqla 18 nəfər həbs edilib.
Maliyyə Cinayətləri ilə Mübarizə Şöbəsinin əməkdaşları saxlanılan şəxslərin ev və iş yerlərində də axtarış aparıblar.
Qeyd edək ki, Oğuzhan Uğur 2023-cü il fevralın 6-da baş verən dağıdıcı zəlzələlərdən sonra "Ahbap" Dərnəyi ilə əməkdaşlıq etdiyini açıqlamışdı.
Oxşar xəbərlər
Bolsonaronun oğlu ailəsi ilə birlikdə ABŞ-yə qaçdı
Braziliyada prezident seçkilərində məğlub olan senator Flavio Bolsonaronun həyat yoldaşı və qızları ilə birlikdə ölkəni tərk edərək ABŞ-yə getdiyi iddia olunur....