Oğuzhan Uğur məhkəməyə göndərildi
"Ahbap" Dərnəyi ilə bağlı aparılan istintaq çərçivəsində saxlanılan kontent yaradıcısı Oğuzhan Uğur da daxil olmaqla 10 şübhəli barəsində istintaq tədbirləri başa çatıb və onlar məhkəməyə göndərilib.
BAKU.WS xəbər verir ki, İstanbul Respublika Baş Prokurorluğunun apardığı istintaq çərçivəsində saxlanılan Oğuzhan Uğur və digər 9 nəfər polis idarəsindəki prosedurlar tamamlandıqdan sonra İstanbul Ədliyyəsinə təhvil verilib.
İstintaq "cinayətkar qrup yaratma", "külli miqdarda dələduzluq" və "cinayət yolu ilə əldə edilmiş əmlakın leqallaşdırılması" ittihamları üzrə aparılır.
İddialara görə, "Ahbap" Dərnəyi adı ilə toplanan ianələrin bir hissəsi şübhəlilərin hesablarına köçürülüb. Maliyyə araşdırmaları zamanı şübhəlilərin hesablarında gəlirləri ilə uyğun gəlməyən iri məbləğli pul dövriyyəsi, qarşılıqlı köçürmələr, mərc oyunlarına yüksək məbləğdə vəsait yatırılması və ardıcıl daşınmaz əmlak alqı-satqısı əməliyyatları müəyyən edilib.
Qeyd edək ki, istintaq çərçivəsində daha əvvəl dərnəyin təsisçisi Haluk Levent də daxil olmaqla bir sıra şəxslər saxlanılıb. Hazırda iş üzrə ümumilikdə 18 nəfər barəsində həbs qətimkan tədbiri seçilib, dərnəyin və bəzi şübhəlilərin əmlakları üzərinə həbs qoyulub.
Oxşar xəbərlər
Tramp ABŞ-da Netanyahunun həbsi ilə bağlı heç bir təhdid olmadığını açıqlayıb
"İsrailin Baş naziri Benyamin Netanyahunun ABŞ-da Beynəlxalq Cinayət Məhkəməsinin (BCM) qərarı ilə həbsi ilə bağlı heç bir təhdid yoxdur". BAKU.WS APA-ya istina...