Nikolas Maduroya ən böyük zərbəni yaxını olan şəxs vurub
ABŞ-nin Venesuelada keçirdiyi iddia edilən hərbi əməliyyatla bağlı yeni detallar mətbuata sızıb.
BAKU.WS "reuters"ə istinadən xəbər verir ki, ölkə prezidenti Nikolas Maduro və onun həyat yoldaşının ələ keçirilərək ölkə xaricinə çıxarılması məqsədi daşıyan əməliyyat uzunmüddətli hazırlıq mərhələsindən sonra icra edilib.
Mənbələrin yaydığı məlumata əsasən, planlaşdırma prosesi aylar əvvəl başlayıb və əməliyyatın hər mərhələsi üçün xüsusi təlimlər keçirilib.
ABŞ ordusunun elit xüsusi təyinatlı birliyi olan "Delta Force" hazırlıq çərçivəsində Maduronun gizləndiyi sığınacağın eyni ölçü və quruluşda modelini yaradıb. Bu model üzərində aparılan məşqlərdə mühafizə olunan obyektə daxilolma ssenariləri dəfələrlə sınaqdan keçirilib.
Digər tərəfdən, ABŞ Mərkəzi Kəşfiyyat İdarəsinin (CIA) avqustdan etibarən Venesuelada məhdud sayda əməkdaşla fəaliyyət göstərdiyi, prezidentin gündəlik hərəkətlərini və təhlükəsizlik rejimini izlədiyi bildirilir.
İki ayrı mənbənin yaydığı məlumata əsasən, kəşfiyyatın Maduronun ətrafında olan bir şəxslə əlaqəsi olub və həmin şəxs əməliyyat zamanı onun dəqiq yerini bildirmək üçün hazır vəziyyətdə saxlanılıb.
Məlumata əsasən, bütün hazırlıqlar tamamlandıqdan sonra Donald Tramp əməliyyata razılıq verib. O, hadisələrin gedişini Florida ştatındakı Mar-a-Laqo iqamətgahında müşavirləri ilə birlikdə real vaxt rejimində izləyib.
Oxşar xəbərlər
Rusiya aeroportlarında 20-dən çox uçuş gecikir
Rusiyanın 2 hava limanında ümumilikdə 20-dən çox aviareys gecikir. BAKU.WS xəbər verir ki, bu barədə Rusiya KİV məlumat yayıb. Bildirilib ki, Soçi hava limanın...