NASA: "Urmiya gölü demək olar ki, tamamilə quruyub"
Yeniliklərdən dərhal xəbərdar olun
ABŞ-nin Milli Aeronavtika və Kosmik Tədqiqatlar Agentliyinin (NASA) son peyk görüntülərinə əsasən, İranda Urmiya gölü geniş duz çölünə çevrilib və demək olar ki, tamamilə quruyub.
BAKU.WS xəbər verir ki, bu barədə "Azad İran" "Telegram" kanalı məlumat yayıb.
Mütəxəssislər qurumanın əsas səbəblərini uzunmüddətli quraqlıq, iqlim dəyişikliyi, su anbarlarının tikilməsi və kənd təsərrüfatında həddindən artıq su istifadəsi ilə izah edirlər.
Bildirilir ki, gölün yox olması ekosistemdə ciddi fəsadlara yol açıb. Alimlərin fikrincə, Urmiya gölü təbii balansını tam itirib və region ekoloji fəlakət astanasındadır.
Oxşar xəbərlər
İranda müğənni hicabsız çıxışına görə 74 şallaq zərbəsi ilə cəzalandırılıb
İranda müğənni Pərasta Əhmədi hicabsız çıxışına görə 74 şallaq zərbəsi alıb. BAKU.WS xəbər verir ki, bu barədə "The Guardian" nəşri müğənninin vəkili Mustafa Ni...