NASA peyki okean dibində 100 min gizli dağ aşkar etdi
NASA və Fransız Kosmik Agentliyinin birgə layihəsi olan SWOT peyki okean səthindəki millimetrik dəyişiklikləri ölçərək 100 mindən çox əvvəllər məlum olmayan dənizaltı dağ və təpəni xəritələşdirib.
BAKU.WS trt haber-ə istinadən xəbər verir ki, bu kəşf okean ekosistemlərinin öyrənilməsi, təhlükəsiz gəmiçilik, rabitə kabellərinin döşənməsi və geoloji tədqiqatlar baxımından böyük əhəmiyyət daşıyır. SWOT texnologiyası əvvəllər yalnız 1 km-dən hündür dağları göstərə bilən üsulları geridə qoyaraq, 500 metrlik dağları belə müəyyən etməyə imkan yaradıb.
Peyk hər 21 gündə Yer səthinin 90%-ni skan edə bilir. Bu məlumatlar əsasında tərtib olunan xəritələrdə həm də abissal təpələr, yəni tektonik plitələrin ayrıldığı sahələrdə yaranan geoloji quruluşlar müşahidə olunub.
Alimlərə görə, SWOT layihəsi, 2030-cu ilə qədər okean dibinin tam xəritələşdirilməsi məqsədinə planlaşdırılandan daha tez çatmağa imkan verəcək.
Oxşar xəbərlər
ABŞ İranla əlaqəli 60-dan çox təşkilata və gəmiyə sanksiyalar tətbiq edir
Vaşinqton administrasiyası İranla əlaqələrə görə 60-dan çox təşkilata, fiziki şəxsə və gəmiyə sanksiyalar tətbiq edir. BAKU.WS "Report"a istinadən xəbər verir k...