NASA Aya eniş edən gəmi ilə qısa müddətlik əlaqə itkisi barədə məlumat verib.
NASA Aya göndərilən "Orion" kosmik gəmisində qısa müddətli əlaqə problemi yarandığını açıqlayıb.
BAKU.WS xəbər verir ki, ABŞ-nin "Orion" kosmik gəmisində, Artemis II missiyası çərçivəsində uçuş zamanı rabitə ilə bağlı nasazlıq və tullantıların idarə olunması sistemində problem qeydə alınıb.
Bu barədə NASA rəhbəri Cared Ayzekman buraxılışdan sonra keçirilən mətbuat konfransında məlumat verib.
Onun sözlərinə görə, gəmi ilə əlaqə qısa müddətə kəsilib. Bu zaman Uçuşlara Nəzarət Mərkəzi astronavtları eşidə bilməsə də, Yer kürəsindən göndərilən siqnallar onlara çatıb.
Ehtimal edilir ki, problem siqnalın bir ötürücüdən digərinə keçidi zamanı yaranıb.
Astronavtların iştirak etdiyi Artemis II missiyası aprelin 1-də Aya doğru yola düşüb. Bu, son 50 ildən artıq müddətdə ilk belə uçuş hesab olunur. Proqramın əsas məqsədi növbəti mərhələ – Artemis III üçün hazırlıqdır. Həmin missiya çərçivəsində insanların yenidən Ay səthinə enişi planlaşdırılır.
Qeyd edək ki, uçuş əvvəlcə mart ayına nəzərdə tutulsa da, texniki problemlər səbəbindən təxirə salınıb. Ümumilikdə Ay proqramının qrafikində də dəyişiklik edilib – ilkin olaraq 2027-ci ilə planlaşdırılan eniş daha bir tədqiqat missiyası ilə əvəzlənərək 2028-ci ilə keçirilib.
Oxşar xəbərlər
İsrail ordusunun daha bir tankı vuruldu - ANBAAN VİDEO
Livanın "Hizbullah" hərəkatı İsrail ordusunun daha bir zirehli texnikasının vurub. BAKU.WS xəbər verir ki, "Hizbullah" ilk dəfə FPV tipli pilotsuz uçuş aparatı...