NASA astronavtlara susmaq barədə göstəriş verdi - SƏBƏB
NASA-nın (ABŞ Milli Aeronavtika və Kosmos İdarəsi) Ayda sirli obyektlərlə rastlaşan astronavtlara susmaq barədə göstəriş verdiyi iddia edilir.
BAKU.WS xəbər verir ki, bu barədə "Daily Mail" nəşri məlumat yayıb.
Ay missiyalarında iştirak edən astronavtlar gördükləri naməlum uçan obyektlər (UNO) barədə məlumat yaymamaq üçün xüsusi sənədlərə imza atıblar.
İddiaların əsas mənbəyi NASA-nın keçmiş podratçısı "Philco Ford Aerospace" şirkətində 1967-1981-ci illərdə çalışan mərhum Donna Heyrdir.
Donna Heyr öz müsahibələrində bildirib ki, Ay səthinə eniş edən astronavtlar uçuş zamanı naməlum obyektlər tərəfindən izlənildiklərini xəbər veriblər.
Hətta daha şok edici bir iddia da səsləndirilib: astronavtlar Aya eniş edərkən orada artıq "başqa üç yadplanetli gəminin" olduğunu görüblər.
Heyrin sözlərinə görə, bütün bu faktların ictimaiyyətə açıqlanmaması üçün astronavtlar ciddi gizlilik müqavilələri imzalamağa məcbur ediliblər.
Oxşar xəbərlər
Tramp Putinlə Rusiyanın dizel yanacağının tədarükü ilə bağlı razılaşma əldə edildiyini açıqlayıb
ABŞ Prezidenti Donald Tramp Rusiya lideri Vladimir Putinlə telefon danışığından sonra Rusiyanın dizel yanacağının Amerika və qlobal bazarlara genişmiqyaslı təda...