NASA 50 il sonra Aya geri dönür
NASA-nın Artemis III missiyası ilə astronavtlar yarım əsrdən sonra Aya geri dönür.
BAKU.WS xarici mediaya istinadən xəbər verir ki, bu dəfə hədəf bölgələr Ayın cənub qütbünə yaxın yerlər olaraq müəyyənləşdirilib. Ayın cənub qütbü astronavtlar tərəfindən əvvəllər araşdırılmamış və hesab edirlər ki, bu yerlər su kimi resursların saxlanıla biləcəyi daimi kölgəli bölgələrə malikdir.
Kosmos tədqiqatlarında əhəmiyyətli bir dönüş nöqtəsi olacaq bu missiyada ilk dəfə qaradərili və qadın astronavtlar yer alacaq.
Lunar Reconnaissance Orbiter adlı kosmik aparat və müxtəlif tədqiqat məlumatlarından istifadə edilərək aparılan araşdırmalar nəticəsində, Slater Ovası, Nobile Rim 1 və 2, Mons Mouton, de Gerlache Rim 2, Mons Mouton Platosu, Malapert Massif, Haworth və Cabeus B yaxınlığındakı təpə bölgələri tədqiqat yerləri kimi seçilib.
Hər bir bölgə Günəş Sisteminin və qayalıq planetlərin tarixinə yeni bir işıq tutma potensialına malikdir.
Oxşar xəbərlər
Luis Enrikenin qızı qəza keçirib - Bir nəfər ölüb
PSJ-nin baş məşqçisi Luis Enrikenin qızı Sira Martines ölümlə nəticələnən yol-nəqliyyat hadisəsində iştirak edən avtomobildə olub. BAKU.WS xəbər verir ki, bu ba...