Müğənniyə ölümcül diaqnoz qoyuldu
Yeniliklərdən dərhal xəbərdar olun
Rusiyalı müğənni Aleksandr Buynovda xərçəngin son mərhələsi aşkarlanıb.
BAKU.WS "Shot" teleqram kanalına istinadən xəbər verir ki, həkimlər sənətçinin yaxşılaşma ehtimalının olmadığını bildiriblər.
Bildirilib ki, Buynov prostat xərçəngindən əziyyət çəkir. Vəziyyəti pisləşdiyi üçün o, Moskva xəstəxanasına yerləşdirilib.
Sənətçiyə xəstəlik ilk dəfə 2000-ci illərdə aşkar edilib. Həkimlər musiqiçinin üzərində dəfələrlə əməliyyat keçirib, metastazları aradan qaldırıblar.
Xatırladaq ki, Buynov karyerasına hələ sovet illərində başlamış və ilk geniş şöhrətini "Şən yoldaşlar" ansamblının tərkibində qazanmışdı. 90-cı illərdə solo ifa etməyə başlayıb və ən məşhur mahnılarını buraxdı: "Padayut list"ya", "Pust"", "Gor"kiy med", "YA znal lyubov" və s.
Oxşar xəbərlər
Balıq tutmaq üçün qurd axtaran cütlük 24 min gümüş sikkə tapıb
İsveçdə balıq tutmaq üçün torpaqda qurd axtaran cütlük təsadüfən böyük tarixi xəzinə aşkar edib. Tapıntılar arasında 24 min 100 gümüş sikkə və 144 tarixi əşya v...