Moskvaya yenidən qar yağa bilər – sinoptikdən açıqlama
Rusiyanın paytaxtı Moskvada martın sonu, aprelin əvvəlində yenidən qar yağacağı proqnozlaşdırılır.
BAKU,WS xəbər verir ki, bu barədə "Meteo" proqnoz mərkəzinin sinoptiki Aleksandr İlyin "Argumentı i faktı" nəşrinə açıqlamasında bildirib.
Onun sözlərinə görə, qar qısa müddətli olacaq və qalın örtük formalaşdırmayacaq. Sinoptik qeyd edib ki, yaxın həftəsonuna doğru hava temperaturu hətta gecə saatlarında da müsbət göstəricilərdə qalacaq.
İlyin bildirib: "Martın sonuna qədər Moskvada qar tamamilə əriyəcək. Daha sonra yağan qar isə qısa müddətli və nazik örtük yarada bilər. Bu, ciddi problem yaratmayacaq, lakin sürücülər arasında müəyyən narahatlıq doğura bilər".
Məlumata görə, gözlənilən hava dəyişiklikləri əsasən qısamüddətli xarakter daşıyacaq.
Oxşar xəbərlər
Türkiyə Prezidenti müavini ilə bağlı yayılan məlumatlara münasibət bildirib
"İstər bazar manipulyasiyası, istər birja oyunları, istərsə də bələdiyyələrdə olduğu kimi açıq-aşkar korrupsiya yolu ilə olsun, kim millətin haqqına, hüququna,...