Moskvaya qar yağacaq
Rusiyanın paytaxtı Moskva və ətraf ərazilərdə qar yağışı gözlənilir.
BAKU.WS xəbər verir ki, bu barədə "Fobos" hava mərkəzinin mütəxəssisi Mixail Leus məlumat verib.
Onun sözlərinə görə, aktiv cənub siklonu yağıntı zonasını genişləndirərək artıq Moskva vilayətinin cənub hissəsinə çatıb. Hazırda qar Vladimir vilayətinin cənubunda, eləcə də Kaluqa, Oryol, Tula, Lipetsk və Tambov bölgələrində müşahidə olunur.
Eyni zamanda Volqa bölgəsində, o cümlədən Penza vilayəti və Mordoviyada da qar yağdığı bildirilir. Nijni Novqorod vilayətində bəzi ərazilərdə güclü qar müşahidə olunur.
Sinoptik qeyd edib ki, hava şəraitinin kəskin dəyişməsi güclü küləklə müşayiət olunur. Küləyin sürəti bəzi yerlərdə saniyədə 14-17 metrə çatır.
Mütəxəssislər yaxın günlərdə bölgədə isti havanın gözlənilmədiyini bildirirlər.
Oxşar xəbərlər
Türkiyə Prezidenti müavini ilə bağlı yayılan məlumatlara münasibət bildirib
"İstər bazar manipulyasiyası, istər birja oyunları, istərsə də bələdiyyələrdə olduğu kimi açıq-aşkar korrupsiya yolu ilə olsun, kim millətin haqqına, hüququna,...