Moskvada yenidən qar gözlənilir
Rusiyanın paytaxtı Moskva gələn həftənin əvvəlində kəskin hava dəyişkənliyi ilə üzləşəcək.
BAKU.WS xəbər verir ki, "Fobos" hava mərkəzinin aparıcı mütəxəssisi Yevgeni Tişkovetsin açıqlamasına görə, 20 aprel tarixində şəhərdə qar və buzlaşma müşahidə oluna bilər.
Məlumata əsasən, arktik hava axınının təsiri ilə gecə temperaturu sıfıra yaxın enəcək və yolların buz bağlaması ehtimalı yaranacaq. Yağıntıların yağışdan qara keçəcəyi də istisna edilmir.
Mütəxəssis bildirib ki, iki gün ərzində aylıq normanın təxminən 75 faizi qədər, 27 millimetrə yaxın yağıntı düşə bilər. Bu müddətdə 2–5 santimetr qalınlığında müvəqqəti qar örtüyü formalaşacaq.
Gündüz temperaturun +3 dərəcəni keçməyəcəyi, küləyin isə saatda 16 metr sürətə qədər güclənəcəyi proqnozlaşdırılır. Bu şəraitdə havanın hiss edilən temperaturu -3 ilə -5 dərəcə arasında olacaq.
Qeyd edək ki, meteoroloqlar həftəsonunun da yağışlı və buludlu keçəcəyini bildiriblər.
Oxşar xəbərlər
Türkiyə Prezidenti müavini ilə bağlı yayılan məlumatlara münasibət bildirib
"İstər bazar manipulyasiyası, istər birja oyunları, istərsə də bələdiyyələrdə olduğu kimi açıq-aşkar korrupsiya yolu ilə olsun, kim millətin haqqına, hüququna,...