Moskvada avtomobillər parkinqdə yanıb
24
apr
2025
18:28
Rusiyanın paytaxtı Moskvada yaşayış binasının həyətində yerləşən avtodayanacaqda baş verən güclü yanğın nəticəsində dörd avtomobil yanıb.
BAKU.WS xəbər verir ki, bu barədə "Shot" teleqram kanalı məlumat yayıb.
Hadisə Qrimau küçəsində baş verib. Ən azı dörd avtomobil alovlanıb.
Şahidlərin sözlərinə görə, ilk olaraq "SAAB" markalı maşın yanmağa başlayıb və alov yaxınlıqda dayanan digər avtomobillərə keçib.
Yanğın yerinə fövqəladə xidmət əməkdaşları cəlb olunub və yanğının səbəbləri araşdırılır.
Oxşar xəbərlər
Paşinyan: "TRIPP layihəsinin mətni razılaşdırılıb, yekun imzalanmaya hazırdır"
Ermənistan və ABŞ yaxın vaxtlarda "Beynəlxalq Sülh və Rifah naminə Tramp Marşrutu" (TRIPP) layihəsi üzrə strateji əməkdaşlığa dair çərçivə sazişini yekun olaraq...