Moskvа-Sitidə terror aktı törətməklə hədələyən üç nəfər saxlanılıb
Yeniliklərdən dərhal xəbərdar olun
Moskvada Moskva-Siti kompleksinin qüllələrindən birində terror aktı törətməklə hədələyən üç nəfər saxlanılıb.
BAKU.WS "Report"a istinadən xəbər verir ki, bu barədə DİN-in rəsmi nümayəndəsi İrina Volk bildirib.
Qurumun məlumatına görə, fevralın 9-na keçən gecə fövqəladə hallar üzrə xidmətlərə təhdid zəngləri daxil olub. Hüquq mühafizə orqanlarının əməkdaşları zəng edənlərin Moskva-Sitidə olduğunu müəyyən ediblər. Polis, Rosqvardiya və FHN əməkdaşları hadisə yerinə gedib.
Moskva-Sitidə mənzil icarəyə götürən şəxs və onun iki tanışı saxlanılaraq DİN-in ərazi şöbəsinə aparılıb. Volk qeyd edib ki, saxlanılanlar sərxoş olublar.
Saxlanılan şəxslər "Neva Towers" göydələninin 68-ci mərtəbəsinin minalandığını bildiriblər. Mütəxəssislər binanı yoxladıqdan sonra partlayıcı qurğu aşkar etməyiblər.
Faktla bağlı cinayət işi açılıb (RF CM-in 207-ci maddəsinin 3-cü hissəsi). Saxlanılanlar altı ildən səkkiz ilədək azadlıqdan məhrum edilə bilər.
Oxşar xəbərlər
Pavel Durov hakerlərə meydan oxudu: "Telegram hesabımı sındırmağa çalışın"
Telegram-ın yaradıcısı Pavel Durov messencerdə təhlükəsizlik boşluğu ilə bağlı yayılan məlumatlardan sonra hakerləri şəxsi hesabını sındırmağa çağırıb. BAKU.WS...