Mixail Saakaşvili ona oxunan hökmə münasibət bildirdi: "Ömürlük həbsə məhkum edildim"
Yeniliklərdən dərhal xəbərdar olun
Gürcüstanın keçmiş prezidenti Mixail Saakaşvili Tbilisi şəhər məhkəməsinin doqquzillik hökmünə münasibət bildirib.
BAKU.WS Oxu.Az-a istinadən xəbər verir ki, sabiq dövlət başçısı hakimin qərarını "sürpriz" adlandırıb.
Saakaşvili bu hökmün onun üçün ömürlüyə bərabər olduğunu qeyd edib.
"Oliqarxın hökmü necə də sürpriz oldu, hə? Mən Prezident Administrasiyasının rəsmi xərclərinə görə praktiki olaraq ömürlük həbsə məhkum edildim... Bizi qorxuda bilməzlər! Güc birlikdədir!" - deyə Saakaşvili bildirib.
*** 10:53
Gürcüstan məhkəməsi ölkənin keçmiş prezidenti Mixail Saakaşviliyə hökm oxuyub. O, 9 il müddətinə azadlıqdan məhrum edilib.
BAKU.WS Oxu.Az-a istinadən xəbər verir ki, bu barədə "Mtavari" nəşri məlumat yayıb.
Bildirilir ki, Saakaşvili 9 milyon lari (təxminən 5.5 milyon manat) məbləğində büdcə vəsaitlərinin mənimsənilməsi işi üzrə təqsirli bilinib.
Oxşar xəbərlər
Almaniya qaz qıtlığı riski səbəbindən kömür elektrik stansiyalarının işini bərpa edə bilər
Almaniyanın İqtisadiyyat Nazirliyi qarşıdan gələn qış mövsümündə təbii qaza qənaət üçün ehtiyat kömür elektrik stansiyalarının işini bərpa etmək imkanını nəzərd...