Məsud Pezeşkian İsrailin hava zərbəsində yaralanıbmış

Məsud Pezeşkian İsrailin hava zərbəsində yaralanıbmış
Dünya 109

İran Prezidenti Məsud Pezeşkian ötən ay ölkənin qərbində yerləşən binaya endirilən İsrailin hava zərbəsi zamanı ayağından yaralanıb.

Bu barədə məlumatı SEPAH-a yaxın "Fars" agentliyi yayıb.

Hücum 16 iyun tarixində, Ali Milli Təhlükəsizlik Şurasının iclası zamanı baş verib. Həmin vaxt binada Pezeşkianla yanaşı parlament sədri Məhəmməd Baqir Qalibaf, məhkəmə rəhbəri Qulam Hüseyn Möhsini Əcəi və digər yüksək rütbəli rəsmilər də olub.

İddiaya görə, bu zərbə İsrailin İranın nüvə və raket proqramlarına qarşı apardığı hava hücumlarının bir hissəsi olub. Hücum zamanı altı bomba binanın giriş və çıxışlarını hədəf alıb. Rəsmilər fövqəladə çıxış lyuku vasitəsilə binanı tərk edə biliblər, lakin bir neçə nəfər, o cümlədən Prezident Pezeşkian yaralanıb.

Pezeşkian bu barədə ötən həftə Taker Karlsona verdiyi müsahibədə danışaraq, İsraili onu qətlə yetirməyə cəhd göstərməkdə ittiham edib. O, İsrailin casus şəbəkəsi vasitəsilə toplantı yerinin müəyyənləşdirildiyini bildirib.

Agentlik qeyd edir ki, hücumun dəqiqliyi İran daxilindən məlumat sızması ehtimalını gündəmə gətirib.

Son xəbərlər